Bakı. Trend:
“Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” qərara dəyişiklik edilib.
Trend-in məlumatına görə, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Aparatının Maliyyə şöbəsinin müdiri və Repatriasiya Departamentinin direktoru qurumun kollegiyasının tərkibinə daxil edilib. Bununla da kollegiyanın tərkibi genişləndirilərək 7 nəfərdən 9 nəfərə çatdırılıb.