Bakı. Trend:
Bu il məzunların sayı daha çox olub.
Trend-in məlumatına görə, bunu bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib.
O qeyd edib ki, 11-ci sinfi bitirən imtahan iştirakçılarının sayı bu il 98616 nəfər olub.
“ 2790 nəfər isə peşə liseylərini bitirir. Ötən il müvafiq rəqəm 91067 və 2614 nəfər olub”,- deyə M. Abbaszadə əlavə edib.