...

MDU əməkdaşları Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

Cəmiyyət Materials 18 Mart 2023 22:45 (UTC +04:00)
MDU əməkdaşları Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

Bakı. Trend:

2023-ci ilin martın 18-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Novruz bayramı münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük Vətən Müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynovun, mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər. Universitetin kollektiv üzvləri, həmçinin, hazırda hər iki övladı MDU-da təhsil alan şəhid Yasən Əhmədovun da ailəsinə baş çəkiblər.

MDU-dan Trend-ə verilən məlumata görə, ailə üzvləri ilə görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, onların ailələrinə bayram sovqatları təqdim olunub.

Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti