Bakı. Trend:
Qeyri-iş günlərində (20-26 mart) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə 121 nəfər müraciət edib, 2 nəfər ölüb.
Mərkəzdən Trend-ə verilən məlumata görə, müraciət edən
şəxslərdən 88-nə ilkin tibbi yardım göstərildikdən sonra evə
buraxılıb. 33 nəfər isə şöbəyə yerləşdirilib, onlara zəruri tibbi
xidmətlərin göstərilməsinə başlanılıb.
Xəstəxanaya yerləşdirilən 33 nəfərdən 23-ü qadın, 10-u kişi olub.
Onlardan 5-i dəm qazından, 15-i dərmandan, 8-i sirkə turşusundan,
3-ü botulizm, 2-si isə allergiya səbəbindən zəhərlənib. Həkimlərin
səylərinə baxmayaraq, cinsləri qadın olan 2 nəfərin (sirkə turşusu
zəhərlənməsi səbəbilə) həyatını xilas etmək mümkün olmayıb.