...

Ramazanın 7-ci gününün duası, imsak və iftar vaxtı

Cəmiyyət Materials 29 Mart 2023 00:27 (UTC +04:00)
Ramazanın 7-ci gününün duası, imsak və iftar vaxtı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Ramazan ayının yeddinci günüdür.

Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 28-də Bakıda imsak saat 05:05-də, iftar isə saat 19:15-dədir.

Ramazan ayının 7-ci gününün duası:

"Allahummə əinni fihi əla siyamihi və qiyamih. Və cənnibni fihi min həfəvatihi və asamih. Vərzuqni fihi zikrəkə bidəvaih. Bitəvfiqikə ya hadiyəl-muzillin".

Tərcüməsi:

"İlahi, mənə bu gün oruc tutmaqda və gecə oyaq qalıb ibadət etməkdə kömək ol. Bu gün məni səhv və nöqsanlardan uzaqlaşdır. Sənin daimi zikrini mənə qismət et. Kömək və yardımına and verirəm, ey yolunu azmışların hidayətçisi!"

Allah orucunuzu qəbul etsin!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti