Quba. Trend:
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin martın 31-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb, qərb küləyi ayrı-ayrı rayonlarda arabir güclənib.
Trend xəbər verir ki, yağan yağıntının miqdarı Quba, Zaqatalada 3.0 mm olub.
Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Naxçıvanda 13°-dək isti, dağlıq rayonlarda 1°-dək şaxta, aran rayonlarında 6-9° isti olub.
Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 1-i axşamadək, yağıntılı hava şəraiti isə aprelin 2-si gündüzədək davam edəcək.