...

Nazirlik Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin vəziyyəti ilə bağlı məlumat yayıb

Cəmiyyət Materials 4 Aprel 2023 17:11 (UTC +04:00)
Nazirlik Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin vəziyyəti ilə bağlı məlumat yayıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyi 3 saylı Uşaq evindən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmə Məhəmməd Hacıyevin vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirklikdən Trend-ə verilən məlumatda bildirilir ki, bir neçə gün əvvəl 3 saylı uşaq evindən davranış pozuntuları olan yeniyetmə polis müşayiəti ilə Respublika Psixiatriya Xəstəxanasına gətirilib: "Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının “Psixiatriya yardımı haqqında” Qanununa əsasən o xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib.

Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir. Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib. Stasionar müalicə kursu başa çatdıqdan sonra o evə ambulator müalicəyə qardaşının himayəsinə veriləcək", - deyə nazirliyin açıqlamasında deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti