...

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Açıq qapı gününə abituriyentləri dəvət edir

Cəmiyyət Materials 10 Aprel 2023 16:45 (UTC +04:00)
M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Açıq qapı gününə abituriyentləri dəvət edir

Bakı. Trend:

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı Açıq qapı gününə abituriyentləri dəvət edir

Açıq qapı günü abituriyentlər:

- 2023/2024-cü tədris ili üçün MDU-nun filialına qəbulun şərtləri və qaydaları ilə tanış olacaq;

- filialının filologiya, tətbiqi-riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr pillələrində tədrislə bağlı hərtərəfli məlumat alacaq;

- qəbul imtahanlarına hazırlaşmaq üçün lazım olan materialları əldə edə biləcəklər.

Abiturientlər üçün həm də filialının fakültələrini təmsil edən moskvalı professor-müəllim heyəti ilə görüş təşkil ediləcək.

Açıq qapı günü 15 aprel 2023-cü il tarixində saat 14:00-da keçiriləcək.

Ünvan: Bakı şəhəri, H. Cavid prospekti, 133 ("Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında).

Tədbir bitdikdən sonra (saat 16:00-da) universitetinin kampusana ekskursiya təşkil ediləcək.

Əlaqə telefonu: (012) 598 93 32

Məqalədə:
Xəbər lenti

Xəbər lenti