Bakı. Trend:
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 20-də Sumqayıt şəhərində, nazirliyin Sumqayıt Regional Mərkəzinin binasında saat 10:00-dan Sumqayıt şəhəri və Qubadlı rayonu sakinləri ilə görüşəcək.
FHN-in mətbuat xidmətindən Trend-ə bildirilib ki, qəbula gələn vətəndaşların qeydiyyatı aprelin 19-da Sumqayıt Regional Mərkəzinin binasında saat 09:00-da başlayacaq.
Görüşdə yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.