...

Azercell-in dəstəyilə Bakıda 5-ci “SHE Congress”i keçirildi (FOTO)

Cəmiyyət Materials 18 May 2023 19:04 (UTC +04:00)
Azercell-in dəstəyilə Bakıda 5-ci “SHE Congress”i keçirildi (FOTO)

Bakı. Trend:

Azərbaycanın işgüzar qadınları mayın 17-si “JW Mariott Abşeron Bakı” otelində bir araya gəldi

Azərbaycanda 5-ci dəfə keçirilən “SHE Congress”i 500-dən çox işgüzar qadını öz ətrafında topladı. Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-nin əsas tərəfdaşlığı ilə baş tutan bu tədbir bir-birindən maraqlı çıxışlar, panel müzakirələri, dinamik sessiyalar və seminarlarla yadda qaldı.

“ÖZ HƏYATINA SAHİB OL” ("OWN YOUR LIFE") şüarı altında keçirilən konfransda qadınların liderlik və peşəkar bacarıqlarının inkişafına yönəlmiş xüsusi proqram təqdim edildi, iştirakçılara ünsiyyət qurmaq və təcrübə mübadiləsi aparmaq üçün unikal imkan yaradıldı.

Tədbirin əsas tərəfdaşı Azercell şirkəti Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova və Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyevanın timsalında təmsil olundu.

Tədbir çərçivəsində uğur hekayəsini bölüşən Şirin Əliyeva iştirakçıları öz nümunəsi ilə ruhlandırmağa müvəffəq oldu. 19 illik karyerası boyu Şirin xanım qadınların inkişafı üçün dövlətin yaratdığı münbit şəraiti və dəstəyi daima hiss etdiyini bildirdi. O, bu gün Azərbaycanda qadınların ölkənin siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal iştirakı üçün bir çox imkanlar təqdim edildiyini öz çıxışında vurğuladı.

Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasovanın da çıxışı tədbir iştirakçılarının diqqətini xüsusi cəlb etdi. Öncə Azercell-in sosial məsuliyyətli korporativ vətəndaş olaraq bu istiqamətdə həyata keçirdiyi çoxsaylı proqramlar haqqında məlumat verən Sona xanım, daha sonra səhnəyə Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan “Qadın Qaynar Xətti”nin rəhbəri Gülşən Axundovanı dəvət etdi. Panel müzakirəsi formatında davam edən sessiyada qaynar xəttin fəaliyyəti, xidmətə daxil olan zənglərin təsnifatı, qadınların cəmiyyətdə qarşılaşdığı çağırış və çətinliklər haqqında ətraflı məlumat təqdim edildi. Məruzəçilər dəstəyə ehtiyacı olan bütün qadınlara səslənərək onları 116111 qısa nömrəsi vasitəsilə fasiləsiz rejimdə xidmət göstərən mərkəz ilə əlaqə saxlamağa çağırdılar.

Qeyd edək ki, fəaliyyəti boyu Korporativ Sosial Məsuliyyət layihələrinə 22 milyon ABŞ dollarından artıq vəsait ayıran Azercell, qadın hüquqlarının müdafiəsi, qadınların hərtərəfli inkişafı istiqamətlərini daima diqqət mərkəzində saxlayır, onları gücləndirən, eləcə də təhsilini, müxtəlif sahələr üzrə bilik və bacarıqlarını, karyera imkanlarını artıran çoxsaylı proqramlar həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti