...

Moskva Dövlət Universitetinin Bakı Filialı magistraturaya qəbul elan edir

Cəmiyyət Materials 19 May 2023 09:29 (UTC +04:00)
Moskva Dövlət Universitetinin Bakı Filialı magistraturaya qəbul elan edir

Bakı. Trend:

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialı (bundan sonra Filial) 2023/2024-cü tədris ili üçün magistraturaya (rus bölməsi, əyani təhsil forması) aşağıdakı istiqamətlər üzrə qəbul elan edir:

Hazırlıq istiqamətləri və təhsil proqramları

Qəbul planı

Dövlət sifarişli yerlərin sayı

Ödənişli

yerlərin sayı

Filologiya fakültəsi

060201 Filologiya

15

11

4

Təhsil proqramı “Dilşünaslıq” (rus dili)

4

3

1

Təhsil proqramı “Ədəbiyyatşünaslıq” (rus ədəbiyyatı)

3

2

1

Təhsil proqramı “Dilşünaslıq” (ingilis dili)

4

3

1

Təhsil proqramı “Dilşünaslıq” (italyan dili)

4

3

1

Tətbiqi riyaziyyat fakültəsi

060509 Kompüter elmləri (təhsil proqramı “Riyazi modelləşdirmə”)

6

5

1

Kimya fakültəsi

060504 Kimya

9

6

3

Təhsil proqramı “Üzvi kimya”

3

2

1

Təhsil proqramı “Fiziki kimya”

3

2

1

Təhsil proqramı “Neft kimyası”

3

2

1

Psixologiya fakültəsi

060209 Psixologiya

14

12

2

Təhsil proqramı “İnkişaf psixologiyası”

7

6

1

Təhsil proqramı “Klinik psixologiya (koqnitiv və emosional pozuntuların klinik və psixoloji reabilitasiyası)”

7

6

1

İqtisadiyyat fakültəsi

060407 Menecment (təhsil proqramı “Beynəlxalq biznes”)

12

10

2

Fizika fakültəsi

060503 Fizika

8

6

2

Təhsil proqramı “Bioloji sistemlər fizikası”

4

3

1

Təhsil proqramı “Nanohissəciklər fizikası”

4

3

1

Bundan öncə Azərbaycan Respublikası büdcəsi hesabına magistratura səviyyəsində təhsil almayan Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına magistratura səviyyəsində təhsil almayan əcnəbilər üçün təhsil ödənişsizdir. Bu şəxslər yalnız büdcə yerlərinə iddia edirlər və qəbul imtahanlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. Filialın magistraturasına daxil olmaq istəyənlər Filialda keçiriləcək qəbul sınaqlarında iştirak etmək hüququ qazanmaq üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən ali məktəblərin magistratura səviyyəsinə qəbul imtahanlarında 40 və daha artıq bal toplamalıdırlar.

Bundan öncə magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan Respublikası vətəndaşları və əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, eləcə də vətəndaşlığı olmayan və Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbilər üçün təhsil forması ödənişlidir. Bu şəxslər yalnız ödənişli yerlərə iddia edə bilərlər, onlar qəbul imtahalarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər və Filialın təşkil etdiyi qəbul imtahanına DİM-in keçirdiyi test imtahanında iştirak etmədən buraxılırlar.

Əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış Azərbaycan vətəndaşları üçün magistraturada illik təhsil haqqı 2500 AZN, Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər magistratura səviyyəsində Azərbaycan Respublikası büdcəsi hesabına təhsil almış əcnəbilər üçün, həmçinin vətəndaşlığı olmayan və ya Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olmayan əcnəbilər üçün isə illik 1800 ş.v. (şərti vahid) təşkil edir.

DİM tərəfindən keçirilən imtahanlarda toplanmış ballar qəbul sınaqlarında qazanılan ballarla toplanılmır, bunlar yalnız Filialın keçirdiyi qəbul sınaqlarında iştirak hüququ verir və yekun nəticəyə təsir göstərmir.

Qəbulda iştirak edən bütün şəxslər qəbul sınaqlarında topladıqları ballar əsasında və qəbul planına uyğun olaraq, ümumi müsabiqədə iştirak edirlər.

Qəbulda iştirak edən bütün şəxslər MDU-nun Bakı filialının fakültələrindən birinə qəbul oluna bilərlər.

“Kimya”, “Fizika” və ya “Psixologiya” istiqamətləri üzrə magistraturaya qəbul olmaq istəyən şəxs müsabiqədə bir neçə təhsil proqramı üzrə iştirak edə bilər.

Bir neçə təhsil proqramı üzrə müsabiqədə iştirak edən şəxs sənədlərini təqdim edərkən proqram siyahısını prioritet əsasında göstərməlidir (əsas prioritet ixtisasi əvvəldə göstərilməlidir), əks halda, sənədlər qəbul komissiyası tərəfindən qəbul edilməyəcəkdir.Proqramların ardıcıllığının prioritet qaydasını dəyişmək, həmçinin ərizəyə hər hansı bir dəyişiklik etmək birinci kursa sənəd qəbulunun axırıncı günündən gec olmayaraq mümkündür. Əsas prioritet təhsil proqramına müsabiqədən keçmiş şəxs digər təhsil proqramlarına olan müsabiqədən çıxır. Əsas prioritet təhsil proqramına olan müsabiqədən keçməyən şəxs göstərdiyi prioritet siyahısına əsasən digər təhsil proqramına olan ümumi müsabiqədə iştirakına davam edir.

“Filologiya” istiqaməti üzrə magistraturaya daxil olan şəxs istənilən təhsil proqramlarından birinə 1-ci kursa qəbul olmaq haqqında ərizə verə bilər.

M.V.Lomonosov adına MDU-nun Bakı filialının magistratura pilləsinə qəbul olunmaq haqqında ərizə qəbulu 22 may – 23 iyun 2023-cü il tarixlərində elektron qaydada keçiriləcək (qeydiyyat 10:00-da yekunlaşacaq). Ərizə Filialın https://msu.az saytında və yaxud DİM-in http://dim.gov.az/ saytında doldurula bilər.

Miqrasiya xidməti tərəfindən verilmiş daimi (DYİ seriyası) və ya müvəqqəti yaşayış (MYİ seriyası) icazəsi haqqında sənədləri olan xarici vətəndaşlar qeydiyyat zamanı həmin sənədin seriya və nömrəsini göstərməlidirlər. Yuxarıda göstərilən sənədləri olmayan (FİN kodu olmayan) xarici vətəndaşlar elektron qeydiyyat sistemində ümumvətəndaş (xarici) pasportunun məlumatlarını göstərməli və Azərbaycan Respublikası vətəndaşı olmadıqları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsinin olmaması haqqında əllə yazılmış ərizə əlavə etməlidirlər.

IMTAHANIN KEÇİRİLMƏ FORMATI – ƏYANİ. İmtahan Binəqədi r-nu, Xocahəsən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanında keçiriləcəkdir. İmtahana gələn şəxs özü ilə aşağıdakı sənədləri gətirməlidir:

Şəxsiyyəti təsdiq edən sənəd; Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan buraxılış vərəqəsi.

Cari tədris ilinin məzunları (əgər imtahan verən şəxs MDU-nun Bakı filialının məzunu deyilsə) imtahana qədər [email protected] ünvanına universiteti (institutu) müvəffəqiyyətlə bitirmələri haqqında tədris hissəsindən alınmış arayış göndərməlidirlər.

Qəbul haqqında bütün məlumat, o cümlədən sənəd qəbulu tarixləri, imtahan sınaqları müddəti, siyahılar MDU-nun Bakı filialının saytında yerləşdirilir.

Qəbul imtahanları aşağıdakı fənlər üzrə keçiriləcəkdir:

Fakültə, hazırlıq istiqaməti, təhsil proqramı

Qəbul imtahanı

Tarix

060201

Filologiya fakültəsi

Təhsil proqramı “Dilşünaslıq”

(rus dili)

Filologiya (yazılı)

4 iyul (10:00)

Təhsil proqramı “Ədəbiyyatşünaslıq”

(rus ədəbiyyatı)

Filologiya (yazılı)

4 iyul (10:00)

Təhsil proqramı “Dilşünaslıq”

(ingilis dili)

Filologiya (yazılı)

4 iyul (10:00)

Təhsil proqramı “Dilşünaslıq”

(italyan dili)

Filologiya (yazılı)

4 iyul (10:00)

Tətbiqi riyaziyyat fakültəsi

060509

Təhsil proqramı “Riyazi modelləşdirmə”

Riyaziyyat (yazılı)

4 iyul (10:00)

Kimya fakültəsi

060504

Təhsil proqramı “Üzvi kimya”

Kimya (yazılı)

4 iyul (10:00)

Təhsil proqramı “Fiziki kimya”

Kimya (yazılı)

4 iyul (10:00)

Təhsil proqramı “Neft kimyası”

Kimya (yazılı)

4 iyul (10:00)

060209

Psixologiya fakültəsi

Təhsil proqramı “İnkişaf psixologiyası”

Psixologiya (yazılı)

4 iyul (10:00)

Təhsil proqramı “Klinik psixologiya (koqnitiv və emosional pozuntuların klinik və psixoloji reabilitasiyasi)”

Psixologiya (yazılı)

4 iyul (10:00)

İqtisadiyyat fakültəsi

060407

Təhsil proqramı “Beynəlxalq biznes”

Menecment (yazılı)

4 iyul (10:00)

İngilis dili (yazılı)

4 iyul (13:00)

Fizika fakültəsi

060503

Təhsil proqramı “Bioloji sistemlər fizikası”

Fizika (yazılı)

4 iyul (10:00)

Təhsil proqramı “Nanohissəciklər fizikası”

Fizika (yazılı)

4 iyul (10:00)

Filiala qəbul Moskva Dövlət Universitetinin rektorunun adına verilmiş şəxsi ərizə ilə Filial tərəfindən müəyyən edilmiş müddətdə həyata keçirilir. Magistratura proqramları üzrə təhsil üçün qəbul haqqında şəxsi ərizəyə aşağıdakılar əlavə edilməlidir:

  • Şəxsiyyət vəsiqəsinin surəti və onun notarius tərəfindən təsdiq edilmiş rusca tərcüməsi;
  • Ali təhsil haqqında sənədin əsli və onun notarius tərəfindən təsdiq edilmiş rusca tərcüməsi;
  • 3x4 ölçülü 4 ədəd fotoşəkil (6 aydan az müddət əvvəl çəkilmiş rəngli, başıaçıq, mat kağızda);
  • Sağlamlıq haqqında arayış (forma 086) ;
  • Hərbi bilet və ya hərbi bileti olmayanlar ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (hərbi mükəlləfiyyətli şəxslər üçün)

Aşağıdakı məlumata diqqət yetirməyinizi xahiş edirik:

Filiala qəbul olunan şəxslər DİM siyahılarından çıxarılır və sonradan Azərbaycan Respublikasının digər ali məktəblərinə daxil olmaq üçün müsabiqədə iştirak etmirlər. Filialda təhsil prosesi M.V.Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir və tədrisdə innovasiya texnologiyaları və metodlarından geniş istifadə edilir. Dərslər, əsasən, M.V.Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır. Filialın məzunlarına M.V.Lomonosov adına MDU-nun magistr diplomu verilir. “Beynəlxalq biznes” üzrə magistr proqramı modul xarakteri daşıyır. Bir sıra fənlər Bakıda və Moskvada tədris olunur.

E-mail: [email protected]

Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti