...

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət Materials 21 May 2023 12:51 (UTC +04:00)
Sabahın hava proqnozu açıqlanıb

Bakı. Trend:

Azərbaycanda mayın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer 756 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Bəzi yerlərdə duman. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17° isti, gündüz 24-29° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti