Bakı. Trend:
Müxtəlif dövlət qurumlarından ibarət yaradılmış komissiya Azərbaycanda qəzalı binalarla bağlı iş aparır.
Bunu Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
O bildirib ki, komissiya qəzalı binalarla bağlı qiymətləndirmə, inventarizasiya aparır.
“Komissiya qəzalı binalarla bağlı rəylərini hazırlayıb Nazirlər Kabinetinə tədqim edəcək. Komissiyaya Bakı şəhər İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq qurumların nümayəndələri daxildir”, - deyə o qeyd edib.