...

“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsinin qalibi məlum oldu (FOTO)

Cəmiyyət Materials 8 İyun 2023 15:29 (UTC +04:00)
“Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsinin qalibi məlum oldu (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Qəbələ. Trend:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ikinci mərhələsi başa çatıb.

Trend xəbər verir ki, velosipedçilər Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 km məsafə qət ediblər.

75 velosipedçi arasında finişə birinci çatan niderlandlı Şurmans Luk olub. Bolqarıstan millisinin üzvü Nikolay Genov ikinci, Çin klubunun idmançısı Julyen Traeryu isə üçüncü yeri tutub.

Qeyd edək ki, Bakıdan Şamaxıya 150 km məsafənin olduğu birinci mərhələni Bolqarıstan millisinin üzvü Martin Papanov qazanıb.

Xəbər lenti

Xəbər lenti