...

Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul elan edir - Vakansiyaların siyahısı

Cəmiyyət Materials 14 İyun 2023 17:20 (UTC +04:00)
Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul elan edir - Vakansiyaların siyahısı

Bakı. Trend:

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul elan edib.

Trend vakansiyaları təqdim edir:

Anbardar

İş barədə məlumat:

Malların qəbulunun planlaşdırılması və uçotunun aparılması;

Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirməsi;

Anbardaxili əməliyyatların gündəlik uçotunun təşkili;

Mal-materialların inventar üzrə qeydiyyatını aparmaq;

Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
Anbar qalıqlarının qeydiyyatını aparmaq ;

Anbarda məhsulları çeşid və kateqoriya üzrə düzgün qaydada sənədləşdirərək qeydiyyata almaq.

İş qrafiki : 6 günlük

İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

Servislə təmin olunur.

Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

Təhsil : Ali

Yaş : 25 – 45

Cins : Kişi

Proqramlar: 1C, MS Office ( sərbəst işləmə bacarığı )

Dil biliyi : azərbaycan dili, rus dili

Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı

XXX

Elektrik-montyoru

İş barədə məlumat:

Elektrik – elektrotexniki işləri həyata keçirilməsi;

Sadə əl – qurğu və alətlərin tətbiqi ilə elektrik işıqlandırmanın hissə və aparatlarını sökür, təmir edir və məftillərin çəkilməsi işini həyata keçirilməsi;

Dəzgah, elektrik motoru, sahə elektrik panellərinin qaydalara uyğun olaraq montaj və təmir işlərini yerinə yetirilməsi;

Genetator, transformator, paylayıcı panellərin və müxtəlif elektrikli əl alətləri və qaynaq aparatlarının istismar zamanı xdmət və təmir işlərini yerinə yetirilməsi;

Tələb olunan elektrik kabel, naqil və s. elektrik cihazlarının, qurğularının quraşdırılması;
Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması.

İş qrafiki : 6 günlük;

İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

Servislə təmin olunur.

Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Ərazi: Xocasən qəsəbəsi.

Namizədə aid tələblər:

Təhsil : Müvafiq istiqamət üzrə orta ixtisas və ya peşə təhsili

Elektrik montyoru kimi minimum 1 il iş təcrübəsi.

Yaş : 25 – 45.

Dil biliyi : azərbaycan dili, rus dili (arzuolunandır)

Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı

XXX

Təmirçi-çilingər

İş barədə məlumat:

Mexaniki avadanlıqlarda təmir işlərinin icrasının həyata keçirilməsi;

Konveyer xətlərinin qurulması , təmiri, istismarı , paketləmə maşınlarının təmiri;

Komunikasiya xətlərində ( su , qaz, buxar, hava ) təmir işlərinin icrası;

Mexaniki montaj işlərinin icrası;

Avadanlıqlarda planlı təmir işlərinin və fasiləsiz iş rejimlərinin təmin edilməsi.

İş qrafiki : 6 günlük;

İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

Servislə təmin olunur.

Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Ərazi: Xocasən qəsəbəsi.

Namizədə aid tələblər:

Təhsil : Müvafiq istiqamət üzrə orta ixtisas və ya peşə təhsili

Yaş : 25 – 45.

Dil biliyi : azərbaycan dili, rus dili (arzuolunandır)

Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı

XXX

Texnik-rabitəçi

İş barədə məlumat:

İstehsalatdaxili xəttlərin birləşdirilməsi və ayrılması;

Yeni telefon xəttlərinin çəkilməsi;

İş yerlərində şnur cütlüyünün yoxlanması, çağırışlara xidmət prosesində eşitmə keyfiyyətinin və cihazların yararlığının yoxlanması;

Zədələnmələr barədə məlumatların qəbulu, zədələnmələrin uçotunun aparılması;

Xidmət olunan avadanlıq və aparaturalarda zədələnmələrin (şnurların, açarların, klapanların, xəbəredici siqnalların nasazlığını) müəyyən edilməsi və aradan qaldırılması;

Xidmət olunan bütün növ avadanlıq və aparaturalarda planlı profilaktik işlərin yerinə yetirilməsi;

Profilaktik və təmir işlərindən sonra avadanlıqların yoxlanması və işinə nəzarət.

İş qrafiki : 6 günlük;

İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

Servislə təmin olunur.

Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

Təhsil : Müvafiq istiqamət üzrə orta ixtisas və ya peşə təhsili

Yaş : 25 – 45.

Dil biliyi : azərbaycan dili, rus dili (arzuolunandır)

Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı

XXX

Texnik-kondisoner

İş barədə məlumat:

Temperaturu tənzimləyən mexaniki, maye və ya qazla işləyən, elektrik və elektron isitmə, soyutma avandanlıqlarını quraşdırmağı bacarmalı və onların fəaliyyətinə nəzarət etmək;

Sxemləri, göstərişləri başa düşmək və təlimatlara riayət etmək;

Tələb olunduğu təqdirdə qaynaq alətlərindən istifadə etmək;

Sistemi zəruri maye, hava və ya sıxılmış hava (freon, azot) ilə doldurmaq və yoxlama prosesini həyata keçirmək:

Hava və sərfiyyat qazları üçün kanal və boruları quraşdırmaq.

Nasaz hissələri aşkar etmək;

Hissələri dəyişmək və sistemləri təmir etmək;

Dövri texniki xidmətin göstərilməsi qaydalarına riayət etmək;

İş qrafiki : 6 günlük;

İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

Servislə təmin olunur.

Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

Təhsil : Müvafiq istiqamət üzrə orta ixtisas və ya peşə təhsili

Yaş : 25 – 45.

Dil biliyi : azərbaycan dili, rus dili (arzuolunandır)

Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı

Vakansiyalar ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun mövzusuna müraciət edəcəyi vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 30.06.2023-cü il tarixinədək göndərə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti