...

Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul elan edir

Cəmiyyət Materials 16 İyun 2023 11:02 (UTC +04:00)
Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul elan edir

Bakı. Trend:

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul elan edib.

Trend vakansiyanı təqdim edir:

HÜQUQ-MƏSLƏHƏTÇİSİ

İş barədə məlumat:

• təhsil müəssisəsində qanunvericiliyin daim gözlənilməsinin və onun hüquqi maraqlarının müdafiəsini və tətbiqini təmin edir;

• qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisədə hazırlanmış əmr, təlimat, əsasnamə layihələrinə nəzarəti həyata keçirir;

• zəruri hallarda müvafiq hüquqi sənədlərin (əmr, təlimat, əsasnamə və s.) hazırlanmasında iştirak edir;

• əmək intizamını möhkəmləndirmək məqsədilə həyata keçirilən tədbirlərdə iştirak edir;

• rəhbərlik tərəfindən verilən əmrlərin və digər normativ sənədlərin aktların tətbiqi işinə dair müvafiq məsləhətlər verir;

• Müəyyən məzmunlu müqavilələrin tərtibi, yoxlanılması və hüquqi tənzimlənməsi həyata keçirir.

• İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Servislə təmin olunur.

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

• Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

• Təhsil : Ali (hüquq sahəsində)

• Təcrübə: Ali təhsil müəssisələrində çalışanlara üstünlük veriləcəkdir.

• Yaş : 30 – 55

• Proqramlar: MS Office ( sərbəst işləmə bacarığı )

• Dil biliyi : azərbaycan dili və rus dili biliyi vacibdir.

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi məktubun mövzusuna müraciət edəcəyiniz vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 30.06.2023-cü il tarixinədək göndərə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti