...

Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul elan edir

Cəmiyyət Materials 17 İyun 2023 10:45 (UTC +04:00)
Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul elan edir

Bakı. Trend:

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı işə qəbul elan edib.

Trend vakansiyanı təqdim edir:

AVTOBUS SÜRÜCÜSÜ

İş barədə məlumat:

Əməkdaşları təyin olunmuş ərazidən iş yerinə təhlükəsiz və vaxtında çatdırmaq.

Avtomobil və ya avtobus müəssisə tərəfindən verilir.

Avtomobilin bütün təmir xərcləri müəssisə tərəfindən ödənilir.

Yanacaqla təmin olunur.

İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək.

Müəssisə tərəfindən təhkim olunmuş avtomobilin və ya avtobusun təmiz və səliqəli saxlanılmasına nəzarət etmək.

İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

• Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

• Təhsil : Orta, Orta-ixtisas və ya Peşə təhsili

• Sürücülük kateqoriyası BCD

• Təcrübə: Avtobus sürücüsü vəzifəsində 1-3 il təcrübə

• Yaş : 35 – 50

Dil biliyi : Azərbaycan və rus dili (vacibdir)

Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi məktubun mövzusuna müraciət edəcəyiniz vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 30.06.2023-cü il tarixinədək göndərə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti