Bakı. Trend:
Azərbaycanda icbari tibbi sığortanın tətbiqi sayəsidə vətəndaşlar keyfiyyətli tibbi xidmətlərlə təmin olunurlar.
Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu"nun açılış mərasimində deyib.
O qeyd edib ki, bu gün vətəndaşlarımız bahalı tibbi
əməliyyatlardan ödənişsiz istifadə edirlər.
“Bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması istiqamətində
müvafiq addımlar atırıq. Xaricdə təhsil almış 66 tibb işçisi dövlət
xəstəxanalarında yerləşdirilib. Onlardan 42-si cərrahi, 24
terapevtik sahə üzrə ixtisaslaşıblar”, - deyə o bildirib.
Z.Əliyev qeyd edib ki, ötən 34 milyon manatlıq tbbi avadanlıq alınıb dövlət tibb müəsssisələrinə təqdim olunub.