...

Moskva Dövlət Universitetinin Bakı filialı 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsinə sənəd qəbulunu davam etdirir

Cəmiyyət Materials 11 İyul 2023 15:14 (UTC +04:00)
Moskva Dövlət Universitetinin Bakı filialı 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsinə sənəd qəbulunu davam etdirir

Bakı. Trend:

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakıdakı filialı 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsinə sənəd qəbulunu davam etdirir.

Trend xəbər verir ki, ixtisasların siyahısı, plan və qəbul qaydaları Filialın msu.az rəsmi internet saytında yerləşdirilib.

MDU-nin Bakı filialının bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər ərizələrini avqustun 9-dək (saat 16:00-dək) ​​elektron formada göndərməlidir.

Qeydiyyat formasını filialın internet saytında və ya Dövlət İmtahan Mərkəzinin dim.gov.az saytında doldura bilərsiniz.

Əlavə məlumat üçün əlaqə:

email: [email protected];

telefonlar: (+994 12) 593 93 19, (+994 10) 215 75 15

Məqalədə:
Xəbər lenti

Xəbər lenti