...

Arazda ata və 3 yaşlı oğlu boğuldu

Cəmiyyət Materials 13 İyul 2023 09:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İmişlidə Araz çayında çimən ata və üç yaşlı oğlu boğulub.

Trend xəbər verir ki, hadisə rayonun Şahverdili kəndində qeydə alınıb.

Belə ki, Əliyev Asif Ələsgər oğlu və oğlu 2020-ci il təvəllüdlü Əliyev Rəvan Asif oğlu Araz çayının həmin kənd ərazisindən keçən hissəsində çimərkən boğularaq ölüblər.

Asif Əliyevin meyiti batdığı ərazidən, oğlunun meyiti isə çayın Məzrəli kəndi ərazisindən keçən hissəsindən tapılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti