Bakı. Trend:
Ölkədə qadınların işləməsi üçün qadağan olunan sahələrin sayının çox olması ilə bağlı müraciətlər alırıq. Biz bu istiqamətdə də təkliflər hazırlamışıq və bu sahələrin sayının mümkün qədər azaldılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.
O bildirib ki, bu istiqamətdə aidiyyəti qurumlara müraciət edilib.
"Düşünürəm ki, yaxın zamanda bu istiqamətdə atılan addımlar müsbət nəticə verəcək. Qadınların fəaliyyət sferası daha da genişləndiriləcək", - deyə B.Muradova qeyd edib.