...

“Qara siyahı”dan çıxarılan xarici media nümayəndələrinin qarşısında tələb qoyulacaq - Ayxan Hacızadə

Cəmiyyət Materials 19 İyul 2023 16:17 (UTC +04:00)
“Qara siyahı”dan çıxarılan xarici media nümayəndələrinin qarşısında tələb qoyulacaq - Ayxan Hacızadə
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

“Qara siyahı”dan çıxarılan xarici media nümayəndələrinin qarşısında tələb qoyulacaq.

Trend xəbər verir ki, bu fikri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası tərəfindən birgə keçirilən mətbuat brifinqi zamanı deyib.

“Onlar qarşısında belə tələb qoyulacaq ki, növbəti səfərlərdə Azərbaycanın qanunvericiliyinə riayət etsinlər”, - deyə A.Hacızadə əlavə edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə həmçinin bildirib ki, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı xarici nümayəndə heyətlərinin tərkibində erməni əsilli jurnalistlər də olur.

“Bütün səfər edənlərin Azərbaycan qanunlarına hörmət etməsi zəruri amillərdəndir. Bu istiqamətdə növbəti illərdə müsbət addımların atılması gözlənilir”, - deyə A.Hacızadə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti