Bakı.Trend:
Milli Hidrometeorologiya Xidmətinin iyulun 31-i saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Düşən yağıntının miqdarı Xaltanda 14 mm, Lerikdə 9 mm, Bərdədə 8
mm, Qax, Astarada 7 mm, Tərtər, Şahdağda 6 mm, İsmayıllı, Balakən,
Zaqatala, Yevlax, Quba, Qəbələ, Lənkəran, Göyçay, Yardımlı,
Neftçala, Tovuz, Gəncə, Qrız, Kürdəmir, Sabirabad, Cəfərxan,
Biləsuvar, Şəmkir, Daşkəsən, Gədəbəy, Qusar, Mingəçevir, Şabranda 5
mm-dək, Bakıda və Abşeron Yarımadasında 1 mm-dək olub.
İyulun 30-da şimal-qərb küləyi arabir Gəncədə 24 m/s, Naxçıvanda 18
m/s, Bakıda və Abşeron yarımadasında arabir 18 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü
2.8 metrə çatıb.