...

Həkimlərə ödənilən bonusların məbləği artacaq

Cəmiyyət Materials 31 İyul 2023 12:38 (UTC +04:00)
Həkimlərə ödənilən bonusların məbləği artacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Yaxın zamanlarda həkimlərə ödənilən bonusların məbləği artacaq.

Trend-in məlumatına görə, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin açıqlamasında deyilir.

"Yaxın zamanlarda Xidmətlər Zərfində bir sıra tibbi xidmətlərin tarifinin artırılması nəzərdə tutulub. Tariflər artırıldıqda həkimlərə ödənilən bonusların məbləği də yüksələcək.

Əlavə olaraq bildirək ki, icbari tibbi sığortanın tətbiqindən sonra minimum vəzifə maaşı alan həkimlərin əməkhaqqı orta hesabla 3 dəfə artmışdır. 2019-cu il ilə müqayisədə dövlət tibb müəssisələrində işləyən həkim-mütəxəssislərin minimum əmək haqlarında 3.2 dəfə artım, gəlirlərində (sabit əlavə və bonus) isə 5 dəfədən 50 dəfəyədək artım olub", - agentlikdən qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti