...

Məktəbəhazırlıq qruplarına qəbul başlayır

Cəmiyyət Materials 9 Avqust 2023 09:17 (UTC +04:00)
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.

Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək.

Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti