Bakı. Trend:
Abşeron rayonu ərazisindəki avtomobil təmiri sexlərinin birindən oğurluq edilib.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Polis İdrarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il martın 24-də avtomobil təmiri sexlərinin birindən generatorun 6000 manat dəyərində mühərrikini oğurlamaqda şübhəli bilinən A.Həsənov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.