Bakı. Trend:
TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilən Nicat Mütəllimovun vəziyyəti stabil olaraq qalır.
Bu barədə Trend-ə TƏBİB-dən bildirilib.
Bildirilib ki, hazırda həkim nəzarəti altında lazımi müayinə və müalicələri davam etdirilir.
Qeyd edək ki, gecə 01:08 radələrində Nərimanov rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nəticəsində xəsarət alan vətəndaş Nicat Mütəllimov (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Fəxri Rüstəmov (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.
Xatırladaq ki, "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Mütəllimovun törətdiyi yol-nəqliyyat hadisəsində Gəncədə yerləşən “İmperial” şadlıq sarayı və istirahət mərkəzinin sahibinin oğlu Ruslan Məmmədov dünyasını dəyişib.