...

Astarada 10 nəfər məsuliyyətə cəlb edildi (FOTO)

Cəmiyyət Materials 22 Avqust 2023 09:45 (UTC +04:00)
Astarada 10 nəfər məsuliyyətə cəlb edildi (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Astarada sanitar-gigiyena qaydalarının pozulmasına görə 4 vəzifəli şəxs inzibati məsuliyyətə cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Astarada tədbirlər həyata keçirib.

Tədbirlər zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, təbii su hövzələrinə çirkab suların axıdılması, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, yerin təkindən istifadə edərək, qanunsuz qum və torpaq daşınması faktları aşkar olunub.

Aşkarlanan faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinin pozulması), 228-ci (İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə), 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə) maddəsinin tələblərini pozan ümumilikdə 6 fiziki, 4 vəzifəli şəxs, o cümlədən, ərazi üzrə iki bələdiyyənin sədri, iki istirahət mərkəzinin sahibi barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti