...

Sərnişinlər əsasən bu nəqliyyat vasitələrindən istifadə edib

Cəmiyyət Materials 22 Avqust 2023 15:45 (UTC +04:00)
Sərnişinlər əsasən bu nəqliyyat vasitələrindən istifadə edib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyatçılar 1041,1 milyon sərnişinə xidmət göstəriblər.

Dövlət Statistika Komitəsindən Trend-ə verilənn məlumata görə, sərnişinlərin 87,5 faizi avtomobil nəqliyyatı, 11,9 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 911,5 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,1 faiz və 17,3 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,0 faizi avtobus, 5,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 17,0 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti