...

Bakıda partlayışda yaralanan bacı-qardaş xəstəxanada öldü

Cəmiyyət Materials 24 Avqust 2023 11:14 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dünən TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində yanğın səbəbi ilə çağırış daxil olub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, III-IV dərəcəli termiki yanıq diaqnozu ilə (bədən səthinin 90 faizdən çox hissəsinin yanığı) 1998-ci il təvəllüdlü Quliyeva Fərəh İmanqulu qızı və 1997-ci təvəllüdlü Quliyev Toğrul İmanqulu oğlu Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunublar:

"Göstərilən zəruri tibbi müdaxilələrə və həkimlərin səylərinə baxmayaraq, 23.08.2023-cü il tarixində saat 02:20 radələrində Quliyev Toğrul İmanqulu oğlu, 07:15 radələrində isə Quliyeva Fərəh İmanqulu qızı dünyasını dəyişib".

Xatırladaq ki,Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində partlayış baş verib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı 1942-ci il təvəllüdlü Quliyev İmanqulu Əbdül oğluna məxsus ümumi sahəsi 250 m² olan ikimərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti