...

Füzulidə yük avtomobillərindən təkər diski, şin və akkumulyatorlar oğurlandı

Cəmiyyət Materials 24 Avqust 2023 15:43 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Füzulidə 20 ədəd yük avtomobilindən təkər diski, şin və akkumulyatorlar oğurlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də Kərimbəyli kəndi ərazisində yerləşən şirkətlərdən birinə məxsus 20 ədəd yük avtomobilindən 72 ədəd təkər diski, şinləri və 33 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Vüsal Bədəlov müəyyən olunaraq saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti