Bakı. Trend:
Goranboyda ev yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Goranboy rayonunun Borsunlu kəndində ümumi sahəsi 99 m² olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 30 m² sahədə, dam örtüyü 55 m² sahədə və bitişik ümumi sahəsi 99 m² olan talvarın taxta atmaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.