...

Sevincimin həddi-hüdudu yoxdur - Laçına qayıdan sakin

Cəmiyyət Materials 29 Avqust 2023 07:02 (UTC +04:00)
Sevincimin həddi-hüdudu yoxdur - Laçına qayıdan sakin
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Şükür bu günümüzə. 30 illik həsrətdən sonra doğça torpağımıza qayıdırıq. Sevincimin həddi-hüdudu yoxdur.

Bunu Trend-ə bu gün Laçın şəhərinə geri qayıdan Fazilə Əliyeva deyib.

O bildirib ki, ordan çıxanda 35 yaşı var idi. “İndi 66 yaşım var. Çox sevincliyəm, yenidən doğma torpağımıza qayıdırıq. Allah Prezidentimiz İlham Əliyevin canın sağ eləsin, şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı verdin ki, bizə bu sevinci yaşatdılar”, - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün 52 nəfərdən ibarət 13 ailə Laçın şəhərinə geri dönür. Bununla da Laçın şəhərində 247 ailə, yəni 956 nəfərin daimi məskunlaşması təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti