...

Bakı-Quba yolunun bir hissəsi təmir edilir - Sürücülərə XƏBƏRDARLIQ

Cəmiyyət Materials 29 Avqust 2023 09:48 (UTC +04:00)
Bakı-Quba yolunun bir hissəsi təmir edilir - Sürücülərə XƏBƏRDARLIQ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 10-16-cı km-lik hissəsində yol-nəqliyyat hadisələri zamanı sıradan çıxmış əyrixətli dəmir tirlərin təmiri və dəyişdirilməsi işləri aparır.

Trend xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Bildirilir ki, sözügedən işlər bu gün saat 10:00-dan 16:00-a qədər aparılacaq.

Agentlik sürücülərə sözügedən ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti