...

Bakı məktəblərində təhsil alacaq şagirdlərin sayı AÇIQLANIB

Cəmiyyət Materials 8 Sentyabr 2023 15:16 (UTC +04:00)
Bakı məktəblərində təhsil alacaq şagirdlərin sayı AÇIQLANIB
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Yeni tədris ilində Bakı məktəblərində təhsil alacaq şagirlərin sayı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Trend-ə verilən məlumata görə, BŞTİ tabeliyində 318 ümumi təhsil müəssisəsi, 344 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

2023-2024-cü tədris ilində BŞTİ-nin tabeliyindəki məktəblərdə 481 131 şagirdin təlim-tərbiyəsi ilə 28 498 müəllim məşğul olacaq.

Məktəbəqədər təhsil müəssisələrində 34 995 uşağın təlim-tərbiyəsi ilə 4 375 tərbiyəçi-müəllimin məşğul olması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti