...

Bu rayonlarda iki gün qaz olmayacaq - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 11 Sentyabr 2023 20:32 (UTC +04:00)
Bu rayonlarda iki gün qaz olmayacaq - XƏBƏRDARLIQ
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat yayıb.

Bildirilib ki, “Qaz İxrac” İdarəsinə məxsus “Yevlax-Şəki-Balakən” yüksək təzyiqli magistral qaz kəmərində görüləcək təmir işlərilə əlaqədar 12.09.2023-cü il saat 09:00-dan təmir işlərinə başlanılaraq 13.09.2023-cü il tarixdə işlər yekunlaşanadək “Xaldan” ölçü qovşağı üzərində olan “Xaldan Əhali” ölçü qovşağından, magistral qaz kəmərindən qidalanan “DAN MMC” və “Şəki Kərpic zavodu” ölçü qovşaqlarından, “Oğuz”, “Yaqublu”, “Cəfərabad”, “Aşağı Göynük”, “Qax”, “Əliabad”, “Zaqatala”, “Makov”, “Katex” və “Balakən” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin “Şıxlı” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar 12.09.2023-cü il saat 10:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə (2 gün ərzində) Yevlax və Ağdaş rayonlarının bir hissəsinin, Şəki, Qax, Oğuz, Zaqatala və Balakən rayonlarının isə tam olaraq, həmçinin Qazax rayonunun bir hissəsinin (1 gün ərzində) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti