...

DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunmuş tədbir təşkil edilib (FOTO)

Cəmiyyət Materials 27 Sentyabr 2023 20:27 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

27 Sentyabr - Anım Günü ilə bağlı Bakı Bələdiyyə Teatrı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Unutqanlıq qorxunc bəladır” adlı tamaşa səhnələşdirib.

Trend xəbər verir ki, DTX-nin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə nümayiş etdirilən, Azərbaycan xalqının məruz qaldığı soyqırım və digər faciəvi hadisələrdən bəhs edən tamaşa qonaqların böyük marağına səbəb olub.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il sərəncamına əsasən, Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr tarixi respublikamızda Anım Günü kimi qeyd olunur.

Xəbər lenti

Xəbər lenti