Bakı. Trend:
Uzun illər didərgin düşmüş bütün vətəndaşlarımızın öz yurdlarına qayıtmalarını arzulayıram.
Bunu Trend-ə açıqlamasında Füzuli sakini Xanaliyeva Qəmər deyib.
Onun sözlərinə görə, 30 ildən sonra doğma torpaqlara qayıdış çox gözəl hissdir. Bundan gözəl duyğu ola bilməz.
“Mən oğullarım, gəlinlərim, nəvələrimlə birlikdə Füzuliyə qayıdıram. Doğma torpağımda yaşamaq mənim üçün böyük fəxrdir”, - deyə o qeyd edib.