...

Türk Dövlətləri Təşkilatı Ali Məhkəmələr Birliyi yaradılacaq

Cəmiyyət Materials 17 Oktyabr 2023 15:57 (UTC +04:00)
Türk Dövlətləri Təşkilatı Ali Məhkəmələr Birliyi yaradılacaq

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatı Ali Məhkəmələr Birliyi yaradılacaq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ali Apellyasiya Məhkəməsinin sədri Mehmet Akarca Azərbaycanda rəsmi səfərdə olarkən deyib.

"Oktyabrın 19-da Şuşada TDT Ali Məhkəmələr Birliyinin yaradılması ilə bağlı konfrans keçiriləcək. Bu konfransda Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü qeyd edəcəyik və qurumun yaradılmasına aparan ilk bəyannaməni imzalayacağıq. Daha sonra TDT Yüksək Məhkəmələr Birliyinin yaradılmasını da qeyd edəcəyik. Biz nizamnamə üzərində çalışacağıq və quruluş prosesini tamamlayacağıq. Beləliklə, bütün türk dövlətlərinin ali məhkəmələri arasında birlik yaranacaq.

Türk dövlətləri arasında iqtisadi, siyasi, tarixi və mədəni inkişaflarla yanaşı, hüquq sahəsindəki inkişafı da sürətləndirməyi hədəfləyirik. Biz qarşılıqlı təcrübə mübadiləsi ilə sistemlərimizi bir-birinə daha da yaxınlaşdırmaq istəyirik", - deyə sədr qeyd edib.

Bundan başqa, Akarca təmasları çərçivəsində Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhat Abdullayevlə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti