...

Paytaxtın bu ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 19 Oktyabr 2023 19:46 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Xətai rayonu, Cavanşir yolötürücüsündə aparılacaq texniki yoxlamalarla əlaqədar olaraq oktyabrın 19, 20 və 21-də saat 23:00-dan saat 23:15-ə qədər (15 dəq.) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan qısa müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan və sözügedən körpünün aşağısından keçən yoldan istifadə etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti