...

Qubanın dağlıq ərazilərinə qar yağdı (FOTO)

Cəmiyyət Materials 11 Noyabr 2023 10:21 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Milli Hidrometeorologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, Qrız və Qudyalçay-Xınalıq məntəqələrində qarın hündürlüyü 1 santimetr olub.

Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.

Qeyd edək ki, noyabrın 10-u saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bölgələrdə də qeyri-sabit , yağıntılı hava şəraiti müşahidə olunub. Daşkəsən, Gədəbəy, Şəmkir, Qax, Oğuz, Quba, Aıtıağac, Şəki, Xaltan Mingəçevir, Lənkəran, Astarada arabir yağış, Qusar, Xınalıq, Şahdağda isə qar yağıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti