Bakı. Trend:
Böyük arzum idi ki, öz doğma yurdum Zabuxa geri dönüm və indi bu
gerçəkləşir.
Bunu Trend-ə açıqlamasında Laçın rayonu Zabux kənd sakini Amid Fərəcov deyib.
Onun sözlərinə görə, uşaq ikən çıxdığı Zabuxa 37 yaşından geri qayıdır.
"Böyük sevinc hissi yaşayırıq. Bundan sonra ömrümüzü doğma yurdumuzda - Zabuxda yaşamaq istəyirik. Bunun üçün sevincimizin həddi-hüdudu yoxdur. Bizə bu günü yaşatdığı üçün Ali Baş Komandanımıza təşəkkür edirik. Allah qazilərimizə can-sağlığı versin, şəhidlərimizə rəhmət eləsin", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Laçın rayonu Zabux kəndinə dah 25 ailə (94 nəfər) yola salınıb. Bakı və Abşeron rayonundan 20 ailə (71 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən, Tərtər, Bərdə, Qax və Lənkəran rayonlarında məskunlaşmış 5 ailə (23 nəfər) Zabux rayonuna yola salınıb. Beləliklə bugünkü (16.11.2023) köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə 46 ailə (188 nəfər) köçürülüb.