...

Füzulidə əmək yarmarkası keçirilib (YENİLƏNİB)

Cəmiyyət Materials 17 Noyabr 2023 14:05 (UTC +04:00)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Füzulidə keçirilən əmək yarmarkası başa çatıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, daha sonra yarmarkada iştirak edən işəgötürənlərlə işğaldan azad edilmiş ərazilərdə görülən işlər və birgə əməkdaşlıq məsələlərinin müzakirəsinə dair görüş keçirilib.

Görüşdə ilk olaraq işəgötürənlərə Agentliyin fəaliyyəti, məşğulluq tədbirləri, icra olunan layihələr və Füzuliyə köçürülən sakinlərin məşğulluqlarının təmini istiqamətində görülən işlər barədə məlumat verilib.

Bildirilib ki, artıq şəhərə köçürülən 258 ailənin üzvlərinin məlumatları təhlil olunub, uyğun şəxslərin məşğulluq imkanları qiymətləndirilib və məşğulluq tədbirlərinə cəlbinə başlanılıb.

Görülən işlərin nəticəsi olaraq artıq 73 nəfər münasib işlərlə təmin edilib, 20 nəfər müxtəlif istiqamətlər üzrə özünüməşğulluq proqramına cəlb edilib. Hazırda daha 150-dək sakinin məşğulluğunun təmini istiqamətində iş aparılır.

Görüşdə, həmçinin, Agentliyin işəgötürənlərə yönəlik dəstək tədbirlərindən danışılıb, azad olunan ərazilərə köçürülən şəxslərin məşğulluqlarının təmini üçün əməkdaşlıq istiqamətləri müzakirə edilib, işəgötürənlərin tələbləri öyrənilib.

xxx

11:39

Füzulidə əmək yarmarkası keçirilir.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı ilə​ keçirilən yarmarka Füzuli şəhər Mirzə Uluqbəy adına 1 nömrəli məktəbdə təşkil olunub.

İşğaldan azad olunan ərazilər üzrə ilk dəfə olaraq təşkil olunan yarmarkada Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Məşğulluq filialının məsul şəxsləri,​ idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Əmək yarmarkasında 20-dən çox müəssisə üzrə 200-ə yaxın vakansiya var. İşğaldan azad olunan ərazilərdəki vakansiyalar haqqında​ detallı məlumatlar verilir.

Xəbər lenti

Xəbər lenti