...

Leonid meteor selinin piki başlayır

Cəmiyyət Materials 17 Noyabr 2023 20:49 (UTC +04:00)
Leonid meteor selinin piki başlayır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 17-si gecə boyu Leonid meteor selinin piki baş verəcək.

Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən xəbərə görə, ay saat 20:35-də batacaq və onun işığı meteorları görməyə mane olmayacaq. Ayın olmadığı qaranlıq səmada saatda 10-15 meteor görmək mümkündür. Leonidləri 2 dekabra kimi müşahidə etmək mümkün olacaq. Meteorlar gecəyarısına yaxın üfüqə yaxın hissədə, əsasən Şir bürcü ətrafında müşahidə olunmağa başlayacaq.

Paralel trayektoriya ilə Yerin atmosferinə daxil olan meteoridlər bu cür meteor sellərini yaradır. Onların səmada peyda olduğu nöqtə radiant adlanır və adətən meteor selləri həmin radianta uyğun gələn bürclərin adı ilə adlandırılır.

Qeyd edək ki, 1966-cı il noyabrın 17-də səhər saatlarında 15 dəqiqə ərzində dəqiqədə minlərlə meteor düşmüşdür. Həmin gecə Leonid meteorları qısa müddət ərzində yağış kimi yağmışdı. Bu hadisə insanlarda Yerin kosmosda hərəkət edərkən meteor axınından keçməsi barədə təəssürat yaratdı. Leonidlərin bu cür intensiv yağışı 33-34 illik periodla təkrarlanır.

2023-cü ilin sonunadək 14-15 dekabrdaa Geminid meteor selinin, 22-23 dekabrda isə Ursid meteor selinin piki gözlənilir. Geminid meteor selinin pikində saatda 150, Ursidlərdə isə 10-dan çox meteor düşür. 21-22 dekabrda tam Ay fazasına yaxın olduğundan Ursidlərin müşahidəsinə mane olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti