...

Yağışların intensiv olması sürüşmə zonalarında aktivləşmə yarada bilər - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 20 Noyabr 2023 15:22 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Yağışların intensiv olması sürüşmə zonalarında aktivləşmə yarada bilər.

Bunu Trend-ə açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.

Onun sözlərinə görə, Abşeron yarımadasında müşahidəyə cəlb edilmiş yeddi sürüşmə sahəsindən yalnız Masazır və Nübar qəsəbəsində zəif aktiv-dinamiklik müşahidə olunur.

"İsmayıllı, Şamaxı zonasında ən sonuncu dəfə Oğuz rayonunun Filfilli kəndində sürşmə baş vermişdi ki, ora da kiçik sahə idi. Mütəxəssislər tərəfindən sahəyə baxış keçirilib. Həmin sahədə artıq stabilləşmə mövcuddur və ciddi təhlükə gözlənilmir", - deyə o, əlavə edib

Sədr bildirib ki, hazırda ən çox dinamik aktivlik cənub zonasında müşahidə edilir:

"Burada lokal sürüşmə prosesləri müşahidə olunur. Əsasən Lerik , Astara rayonları ərazisində icra hakimiyyətləri vətəndaş müraciətləri əsasında həmin sürüşmə yerlərində monitorinqlər aparır. Astara rayonunun Şahağacı kəndində sentyabr ayında çayın sağ qolunda çayyuma prosesləri gedir. Bunun da əsas səbəbi yağan yağışlar nəticəsində çayda suyun artmasıdır. Ötən həftə bu proses daha da aktivləşmişdi. Nəticədə yol çay tərəfindən axıb və yolboyu hərəkət dayanıb. Müvafiq dövlət orqanları tərəfindən tədbirlərin icrasına başlanıb. Hazırda cənub zonası da daxil olmaqla sürüşmə sahələrində vəziyyət stabildir. Lakin nəzərə almaq lazımdır ki, artıq yağış mövsümü başlayıb. Yağışların intensiv olması sürüşmə zonalarında aktivləşmə yarada bilər."

Qeyd edək ki, ümumilikdə ölkə ərazisində 99 lokal sürüşmə zonası müəyyən edilib və xəritələnib. Növbəti ildə isə sürüşmə zonalarının yeni xəritəsinin hazırlanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti