...

Deyirik, sizə pensiya düşmür, gedib 2 ay sonra yenidən qayıdır - Nazir

Cəmiyyət Materials 27 Noyabr 2023 17:16 (UTC +04:00)
Deyirik, sizə pensiya düşmür, gedib 2 ay sonra yenidən qayıdır - Nazir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Əlilliklə bağlı yeni meyarların tətbiq edilməsindən sonra əllilik təyin edilən insanların sayı xeyli artıb. Bu ilin 10 ayı ərzində 41 min şəxsə əlillik təyinatı aparılıb.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Nazir bildirib ki, təyinatların yarısı yeni, digərləri isə təkrar olub.

O qeyd edib ki, komissiyanın tərkibinə aidiyyəti dövlət qurumlarının ekspertləri dəvət olunur.

“Narazılıq edən kiçik qrup qalıb və 4-5 dəfə komissiyada olub, dəfələrlə deyilib ki, sizə əlillik təyinatı düşmür. Amma insan bununla razılaşmaq istəmir, hüququnu tanıyırıq və gedib 2 aydan sonra yenidən sənədləri ilə müraciət edir. Bir daha qəbul edirik və cavabı yenidən bildiririk".

Xəbər lenti

Xəbər lenti