...

Məktəblərdə kamera görüntülərinin gizlədilməsi iddialarına aydınlıq gətirilib

Cəmiyyət Materials 28 Noyabr 2023 10:54 (UTC +04:00)
Məktəblərdə kamera görüntülərinin gizlədilməsi iddialarına aydınlıq gətirilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Məktəblərdə kamera görüntülərinin gizlədilməsi ilə bağlı iddialara aydınlıq gətirilib.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda məlumat verib.

O bildirib ki, iddia edilən kimi kamera görüntülərinin gizlədilməsi faktı vardırsa, həmin müəssisələrin rəhbərləri cəzalandırılmalıdır.

"89 saylı məktəbdə baş vermiş hadisə ilə bağlı araşdırma yekunlaşdıqdan sonra biz bu məsələni gündəmdə saxlayacağıq".

Eşqi Bağırov qeyd edib ki, agentliyin tabeliyində 6 minə yaxın müəssisə var və qısa zamanda hamısında kameraların qoşulması üçün kifayət qədər resurs yoxdur.

"Arzularımız və resurslarımızın üst-üstə düşməməsi məsələsi var. Arzumuz odur ki, bütün müəssisəlırimizdə kamera olsun. "Məktəblinin dostu" layihəsi çərçivəsində 200-ə yaxın məktəbdə kamera quraşdırılıb. Bu il Gəncə və Lənkəran şəhərləri də bu layihəyə qoşulacaq. Həmin regionların məktəblərində də kameraların quraşdırılmasına başlanılacaq".

Qeyd edək ki, “Effektiv kommunikasiya” mövzusunda seminar keçirilir. Seminarda Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti