...

Aztəminatlı ailələrə ŞAD XƏBƏR: Ünvanlı dövlət sosial yardımı…

Cəmiyyət Materials 5 Dekabr 2023 12:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin dekabrın 5-də keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrində gələn il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi 270 manat götürülüb.

Başqa sözlə, yaşayış minimumu və ehtiyac meyarı 2023-cü illə müqayisədə 9,7 faiz artırılaraq 246 manatdan 270 manata qaldırılıb. 2024-cü ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 287 manat müəyyənləşdirilib.

Trend xəbər verir ki, bununla da yaşayış minimumu pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində proqnozlaşdırılıb.

Müzakirələrdən sonra qanun layihəsi müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Xəbər lenti

Xəbər lenti