Ağdam. Trend:
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı beynəlxalq forumun iştirakçılarının Ağdama səfəri başlayıb.
Trend-in Qarabağ bürosu xəbər verir ki, forum iştirakçıları əvvəlcə Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Qonaqlara Ağdam Şəhidlər xiyabanı haqqında məlumat verilib. Bildirilib ki, Xocalı soyqırımı və Birinci Qarabağ müharibəsində şəhid olan hərbi və mülki şəhidlərimiz burada dəfn olunub. Daha sonra forum iştirakçılarının minadan təmizlənmiş əraziyə baxışı nəzərdə tutulur.