...

Moskva Dövlət Universitetinin Bakı filialı vakansiyalar elan edib

Cəmiyyət Materials 8 Dekabr 2023 18:18 (UTC +04:00)
Moskva Dövlət Universitetinin Bakı filialı vakansiyalar elan edib

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı vakansiyalar elan edib.

Vakansiyaları təqdim edirik:

BAŞ TEXNİK

İş barədə məlumat:

  • Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək;
  • Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək;
  • İstehsalatın texniki hazırlığını təmin etmək və ehtiyac olduğu təqdirdə təmir üçün siyahı tutulmasında iştirak etmək;
  • İdman zalı və ərazidə köməkçi binalara təhkim olunmuş texniki heyətin işinə nəzarət etmək;
  • İdman zalının və ərazidə köməkçi binaların təmizliyini, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsini təmin etmək;
  • İdman zalına gələn əməkdaşlar və tələbələr üçün cədvəl, qrafik və başqa texniki sənədləri tərtib etmək;
  • Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər vermək, onların tətbiqinə kömək etmək.

İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

• Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

• Təhsil : Ali (mühəndis, texnik və ya oxşar sahələr üzrə)

• Yaş : 25 – 50

  • Dil biliyi : Azərbaycan və rus dili (vacibdir)
  • Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərinizi məktubun mövzusuna müraciət edəcəyiniz vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 25.12.2023-cü il tarixinədək göndərə bilərsiniz.

ANBARDAR

İş barədə məlumat:

  • Malların qəbulunun planlaşdırılması və uçotunun aparılması;
  • Anbara daxil olan malların qəbulu, uçotu və çıxarılması işlərini yerinə yetirməsi;
  • Anbardaxili əməliyyatların gündəlik uçotunun təşkili;
  • Mal-materialların inventar üzrə qeydiyyatını aparmaq;
  • Anbarlarda olan malların standartlara uyğun yığım və düzülüş qaydalarına nəzarət etmək;
  • Anbar qalıqlarının qeydiyyatını aparmaq ;
  • Anbarda məhsulları çeşid və kateqoriya üzrə düzgün qaydada sənədləşdirərək qeydiyyata almaq.
  • İş qrafiki : 6 günlük
  • İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
  • Servislə təmin olunur.
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
  • Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

  • Təhsil : Ali
  • Yaş : 25 – 45
  • Cins : Kişi
  • Proqramlar: 1C, MS Office ( sərbəst işləmə bacarığı )
  • Dil biliyi : azərbaycan dili, rus dili
  • Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı

Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərinizi məktubun mövzusuna müraciət edəcəyiniz vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 25.12.2023-cü il tarixinədək göndərə bilərsiniz.

TEXNİK-KONDİSONER

İş barədə məlumat:

  • Temperaturu tənzimləyən mexaniki, maye və ya qazla işləyən, elektrik və elektron isitmə, soyutma avandanlıqlarını quraşdırmağı bacarmalı və onların fəaliyyətinə nəzarət etmək;
  • Sxemləri, göstərişləri başa düşmək və təlimatlara riayət etmək;
  • Tələb olunduğu təqdirdə qaynaq alətlərindən istifadə etmək;
  • Sistemi zəruri maye, hava və ya sıxılmış hava (freon, azot) ilə doldurmaq və yoxlama prosesini həyata keçirmək:
  • Hava və sərfiyyat qazları üçün kanal və boruları quraşdırmaq.
  • Nasaz hissələri aşkar etmək;
  • Hissələri dəyişmək və sistemləri təmir etmək;
  • Dövri texniki xidmətin göstərilməsi qaydalarına riayət etmək;
  • İş qrafiki : 6 günlük;
  • İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00
  • Servislə təmin olunur.
  • Əmək haqqı müsahibə əsasında təyin olunacaq.
  • Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

  • Təhsil : Müvafiq istiqamət üzrə orta ixtisas və ya peşə təhsili
  • Yaş : 25 – 45.
  • Dil biliyi : azərbaycan dili, rus dili (arzuolunandır)
  • Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı

Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərinizi məktubun mövzusuna müraciət edəcəyiniz vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 25.12.2023-cü il tarixinədək göndərə bilərsiniz.

REDAKTOR-KORREKTOR

İş barədə məlumat:

• Şöbənin işinin təşkili və tapşırıqlarının verilməsi;

• Mətnlərin müvafiq şəkildə redaktə edilməsi;

• Universitetə aid məlumatların toplanması, hazırlanması və emalı;

• İnformasiya sorğularının tərtib olunması;

• Sosial şəbəkələrlə işlərə nəzarət;

• Xəbərlərin düzgün təqdim olunmasına dair tələblərin yerinə yetirilməsi;

●Media üçün maraqlı olan video hissələrin xəbərləşdirilərək həmin orqanlara göndərilməsi;

İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Servislə təmin olunur.

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

• Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

• Təhsil : Ali (jurnalistika və yaxud yaxın sahələr)

• Təcrübə: 1-3 il təcrübə

• Yaş : 25 – 45

• Proqramlar: MS Office ( sərbəst işləmə bacarığı )

• Dil biliyi : Azərbaycan və rus dilinin qrammatik qaydalarını mükəmməl

səviyyədə bilmək;

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərinizi məktubun mövzusuna müraciət edəcəyiniz vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 25.12.2023-cü il tarixinədək göndərə bilərsiniz.

KADRLAR ÜZRƏ MÜTƏXƏSSİS

İş barədə məlumat:

● Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması;

● İşçilərin şəxsi işlərinin qaydaya salınmasına və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;

● Əmək kitabçalarının qeydiyyatının aparılması;

● Məzuniyyət və ezamiyyətlərin sənədləşdirilməsi;

● Əməkdaşların məlumatlarının elektron sistemləşdirilməsi;

● Müvafiq vakansiyaların yazılması və elan edilməsi;

• İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Servislə təmin olunur.

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

• Ərazi: Xocasən qəsəbəsi

Namizədə aid tələblər:

• Təhsil : Ali

• Təcrübə: Ali təhsil müəssisələrində çalışanlara üstünlük veriləcəkdir.

• Yaş : 20 – 50

• Proqramlar: 1 C və MS Office

• Dil biliyi : azərbaycan dili və rus dili biliyi vacibdir.

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərinizi məktubun mövzusuna müraciət edəcəyiniz vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 25.12.2023-cü il tarixinədək göndərə bilərsiniz.

XƏZİNƏDAR

İş barədə məlumat:

  • pul vəsaitlərinin qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirir;
  • əmək haqqı və mükafatların verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya əsasən dövlət bank idarələrindən rəsmiləşdirilmiş sənədləri, pul vəsaitlərini və qiymətli kağızları alır;
  • mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparır, pulun və qiymətli kağızların faktiki məbləğini qalıqla yoxlayır, kassa hesabatını tərtib edir.

İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Servislə təmin olunur.

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

Namizədə aid tələblər:

• Təhsil : Ali (iqtisadiyyat sahəsi)

• Təcrübə: Minimum 3 il təcrübə

• Yaş : 25 – 45

• Proqramlar: 1 C və MS Office

• Dil biliyi : azərbaycan dili və rus dili biliyi vacibdir.

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərinizi məktubun mövzusuna müraciət edəcəyiniz vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 25.12.2023-cü il tarixinədək göndərə bilərsiniz.

Tədris-metodiki şöbəyə dispetçer

İş barədə məlumat:

  • ali təhsil müəssisəsində hazırlanan ixtisaslar üzrə mövcud tədris normaları və illik tədris yükü əsasında dərs cədvəllərini nizamlamaq;
  • hər bir fakültədə mühazirə, seminar və praktik (laborator) məşğələlər üçün auditoriyaları müəyyənləşdirmək və onları dərs cədvəllərində nəzərə almaq;
  • semestr və imtahanlar üçün müvafiq auditoriyalar ayırır və bu barədə fakültə dekanlarına məlumat vermək.

İş qrafiki : 6 günlük

• İş saatları: Həftə içi 09:00-dan 17:00-dək; Şənbə günü 09:00-15:00

• Servislə təmin olunur.

• Əmək haqqı müsahibə əsasında təyin olunacaq.

• Ərazi: Xocasən qəsəbəsi

Namizədlərə aid tələblər:

• Təhsil : Ali

• Yaş : 21 – 50

• Proqramlar: MS Office ( sərbəst işləmə bacarığı )

  • Dil biliyi : Azərbaycan və rus dilinin qrammatik qaydalarını mükəmməl

səviyyədə bilmək;

• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.

Vakansiya ilə maraqlanan şəxslər azərbaycan və ya rus dilində şəkilli CV-lərinizi məktubun mövzusuna müraciət edəcəyiniz vəzifənin adını qeyd etməklə [email protected] mail ünvanına 25.12.2023-cü il tarixinədək göndərə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti